Bakıda anbarda mühafizəçi işləyənlər oradan televizorlar oğurlayıblar.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 9-da Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlamış orada mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev tutulublar.