Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“MAZ” və “KAMAZ” markalı yük maşınlarının toqquşması nəticəsində 1 nəfərin ödüyü bildirilir.
Hazırda ölənin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.