Minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 2 nəfər ölüb.
Oxu Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Haçıqabul şəhərində qeydə alınıb.
Belə ki, “Vaz-2107” markalı avtomobil “KaMAZ” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə “Jiquli”də olan 2 nəfər dünyasını dəyişib.
Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir.
:640.jpg)
Faktla bağlı araşdırma aparılır.