Bakı-Qazax avtomagistralının Hacıqabul rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə üç nəfər xəsarət alıb.
Oxu.Az-ın Aran bürosunun məlumatına görə, hadisə gecə saat 01:50 radələrində rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.
Qəza zamanı “Mercedes” markalı avtomobil “Opel” markalı digər avtomobilə çırpılıb.
Nəticədə, üç nəfər ağır xəsarət alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.