Bəzi KİV-lərdə sabiq deputat Hadi Rəcəblinin bu gün nəvəsinə toy etməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda mərasimə 150 nəfər qonaq dəvət edildiyi vurğulanıb.
Modern.az məsələni dəqiqləşdirmək üçün Hadi Rəcəblinin ailəsi ilə əlaqə saxlayıb.
Ailədən verilən məlumata görə, toy mərasiminin keçirilməsi barədə yayılanlar doğru deyil:
“Dünən “ASAN Xidmət”də Hadi Rəcəblinin nəvəsi - oğlunun qızı Məhin Rəcəblinin nikah mərasimi olub. Nikah 15:30-da bağlanıb. Gənclər rəsmi nikaha girdikdən sonra bunu dəniz kənarında - açıq havadakı restoranda 7-8 nəfərlə birgə qeyd ediblər. Mərasimdə ancaq gənclər olub. 150 nəfərin iştirakı barədə deyilənlər yalandır”.
Hadi Rəcəblinin nəvəsi iki ildir ki, nişanlı imiş.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy-nişan mərasimlərinin keçirilməsini qadağan edib.
14:56
Sabiq millət vəkili Hadı Rəcəbli bu gün nəvəsinə toy mərasimi keçirəcək.
Bu barədə Axar.az-a məlumat verən mənbənin sözlərinə görə, toy Bakının restoranının birində təşkil ediləcək.
Sabiq millət vəkilinin mərasimə 150 nəfər qonaq dəvət etdiyi, toyun kifayət qədər təntənəli keçiriləcəyi də qeyd edilir.
Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargah koronavirus pandemiyasına görə ölkədə təntənəli toy mərasimlərinin keçirilməsini qadağan edib.