Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan məlumatlar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm.
Oxu.Az xəbər verir ki, bu sözləri virtualaz.org saytına açıqlamasında iş adamı Hafiz Məmmədov deyib.
H.Məmmədov cinayət məsuliyyətinə cəlb olunacağı haqda KİV-lərdə yer alan iddiaları da rədd edib.
“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”- deyə o, bildirib.
Xatırladaq ki, bu gün bəzi KİV-lər Hafiz Məmmədovun iri məbləğdə kredit dələduzluğu ittihamı ilə keçirilən istintaq tədbirlərindən yayınmaq üçün ölkədən qaçdığını yazıblar.