Yağış və güclü küləklə müşahidə edilən hava şəraiti ilə bağlı təhlükəsizliyin təmin olunması məqsədilə bəzi sahələrdə qatarların hərəkət sürətinə məhdudiyyətlər tətbiq edilib.
Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, bununla əlaqədar bu gün Abşeron dairəvi dəmir yolu xətti üzrə işləyən elektrik qatarlarının hərəkətində 2-16 dəqiqə ləngimə qeydə alınıb.
Qurum sərnişinlərə anlayış göstərdikləri üçün təşəkkür edib.
Könül Cəfərli