Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Həftənin ilk iş gününə olan hava proqnozu
Sentyabrın 1-də Bakıda və Abşeron yarmadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Bölgələrdə gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Mülayim şimal qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacaq. Ayın 2-də isə küləyin mülayimləşəcəyi gözlənilir.