Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Həkim Bəhram Bağırzadənin vəziyyətindən danışdı - YENİLƏNİB
“Ötən gün Bəhram Bağırzadənin ümumi vəziyyətində əhəmiyyətli dəyişiklik qeydə alınmayıb”.
Bunu Oxu.Az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, Əməkdar artistin huşu aydın olaraq qalır:
“Bütün göstəricilər nəzərə alınmaqla, təyinat üzə müalicəsi davam etdirilir”
10:07
“Əməkdar artist Bəhram Bağırzadə hələlik traxeostoma vasitəsilə süni tənəffüs aparatının köməyilə nəfəs alır”.
Bunu Oxu.Az-a açıqlamasında COVID-19-a yoluxmuş Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, millət vəkili Rəşad Mahmudov deyib.
O bildirib ki, xəstənin klinik vəziyyətində müsbət dinamika davam edir:
“Ağciyərlərin və ümumilikdə, bədənin reabilitasiyasına başlanılıb. Hamımız süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.
Həkim eyni zamanda bu çətin günlərdə gərgin iş fəaliyyətinə baxmayaraq, Bəhram Bağırzadənin timsalında xəstəxanada müalicə alan yüzlərlə xəstənin müalicəsinin təşkilini daim diqqətdə saxlayan Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xəstələrin və xəstəxana kollektivinin adından sonsuz təşəkkürünü bildirib.
Könül Cəfərli
"COVID-19" teqi üzrə xəbərlər
- Paşinyan Rusiyaya getmir - bəhanəsi var
- Zəiflik, əzələ və baş ağrıları: "Yüngül COVID"i soyuqdəymədən ayırmağın yolları açıqlandı
- Feminist "Yuva" maliyyə sxemlərinin qovşağı olub: 700 minlik oyun
- ÜST Konqoda sirli xəstəliyi araşdırır: 400-dən çox yoluxma, onlarla ölüm
- COVID-19-a qarşı daha bir vaksin hazırlanıb
Rəylər