Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayım bayram günlərində düzgün qidalanmaya həsr olunacaq.
Oxu.Az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-qastroenteroloq Emin Məmmədovdur.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Emin bəyə ünvanlaya bilərsiniz.