İqtisadiyyat naziri Mikayıl Cabbarov Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yaradılmasının 5 illiyi münasibəti ilə təbrik ünvanlayıb.
Bu barədə M.Cabbarov öz “Facebook” hesabında paylaşım edib.
“Ölkəmizdə kiçik və orta biznesin inkişafının dəstəklənməsini, səmərəli mexanizmlərin tətbiqi ilə iqtisadiyyatda rolunun möhkəmləndirilməsini təmin edən qurumun - Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA-nın yaradılmasının 5 illiyi münasibətilə təbriklərimizi çatdırır və uğurlar arzulayırıq”, - deyə nazir bildirib.