44 günlük Vətən müharibəsində şücaəti ilə seçilən igidlərimizdən biri də baş leytenant Ruhin Mikayılovdur.
Oxu.Az xəbər verir ki, R.Mikayılov Azərbaycan Texnologiya Universitetini bitirsə də, hərb yolunu seçib. Atası əvvəlcə buna razı olmasa da, övladının israrından keçə bilməyib. O, həm də aykido idman növü ilə məşğul olub.
O, Müdafiə Nazirliyinin Əlahiddə Ümumqoşun Ordusunda xidmət edib. Sentyabrın 27-də başlayan Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda savaşıb.
Ruhin Mikayılov II Qarabağ müharibəsində iki dəfə yaralanıb. İlk dəfə Murov dağı istiqamətində yaralanan qazimizə həkimlər döyüşlərə qayıtmamağa məsləhət görür. Ancaq zabitimiz təkidlə yenidən şiddətli döyüşlərə qatılır. İkinci dəfə ağır yaralandıqdan sonra o, iki gün komada qalıb.
Qəhrəman qazimiz deyir ki, qələbənin ən böyük memarı şəhidlərimizdir: “İllərlə düşmənə qarşı saxladığımız qisas hissini yaşatdıq və qisasımızı aldıq. Biz şəhid və ya qazi olmalıydıq ki, torpaqlarımız işğaldan azad edilsin”.
Qeyd edək ki, R.Mikayılov Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.
View this post on Instagram
"İlham Əliyev" teqi üzrə xəbərlər
- İlham Əliyev: "Vyetnama səfərimin nəticələrindən çox məmnunam" - Video
- İlham Əliyev: "Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır"
- Prezident: "Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"
- Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram - Foto
- Vyetnam Prezidenti: "Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq"
Digər xəbərlər