Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Həmkəndlisini söyüşə görə bıçaqlayan gənc məhkəmə zalında həbs edildi
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Sərxan Quliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Sərxan Quliyev 3 il 3 ay müddətə azadlıqdan məhrum edilib və məhkəmə iclası zalında həbs olunub.
İttihama görə, hadisə 2024-cü il sentyabrın 4-də Samux rayonu, Sərkar kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 2003-cü il təvəllüdlü Sərxan Quliyev evdə olarkən sərxoş vəziyyətdə olan həmkəndlisi, zərərçəkmiş Samir Xəlilov onun atası ilə mübahisə etdiyini və ucadan ünvansız söyüşlər etdiyini görüb. O, zərərçəkmiş şəxsi küçəyə çıxardıb. Bundan hiddətlənən Samir onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib. Sonra Sərxan evdən mətbəx bıçağını götürüb küçəyə çıxıb. Mübahisə zamanı təqsirləndirilən şəxs Samirə bir neçə bıçaq zərbəsi vuraraq, ona bədən xəsarəti yetirib.
Hadisədən sonra Sərxan Quliyev saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.