Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
105 nömrəli avtobus hər iki qapısı açıq şəkildə idarə edilir - AÇIQLAMA
"105 nömrəli avtobus avtobusun hər iki qapısı açıqdır. Nəqliyyat vasitəsində yer olmadığından sərnişinlərin bəziləri arxa və qabaq qapıdan tutaraq mənzil başına çatmağa çalışırlar".
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bu sözləri hər gün paytaxtın qəsəbə və kəndlərindən mərkəzə gəlib-gedən vətəndaşlar deyirlər.
Həmçinin sıxlıqla yanaşı avtobuslar arası intervalın çox olmasından da şikayətçidirlər.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, "Azlənd plaza" MMC-nin müvəqqəti istismarında olan, "Neftçilər" m/st-nı Balaxanı qəsəbəsi ilə əlaqələndirən 105 nömrəli marşrut xətti üzrə 16 avtobus 10 dəqiqəlik hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir.
Daşıyıcıya marşrut xəttinin nizamlı fəaliyyəti və avtobus sayının sərnişin tələbatına uyğun olaraq tənzimlənməsi barədə tapşırıq verilib.
Ətraflı süjetdə:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Sərnişindən ŞİKAYƏT: "Avtobusa uşaq arabası ilə minməyə icazə yoxdur"
- Paytaxtın mərkəzi prospektində velosiped zolağı işıqlandırılıb: Layihə KİMİNDİR?
- AYNA: Bakıda 165 nömrəli marşrutun avtobusları yenilənir
- Şəhər şosesində yol nişanı sürücülər arasında çaşqınlıq yaradıb
- İki marşrut xəttinin sərnişinlərinin narazılığına RƏSMİ CAVAB
Rəylər