Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Kvaratsxeliya "Napoli" ilə vidalaşdı
Gürcüstanlı yarımmüdafiəçi Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" futbol klubu ilə vidalaşıb.
Oxu.Az xəbər verir ki, futbolçu müvafiq videonu "Instagram" səhifəsində yayımlayıb.
"Çətindir, amma vidalaşmağın vaxtıdır. Mən burada əla vaxt keçirdim və inanılmaz emosiyalar yaşadım", - Kvaratsxeliya deyib.
Məlumata görə, Kvaratsxeliya yanvarın 17-də Fransanın PSJ klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, yarımmüdafiəçinin 23 yaşı var, o, 2022-ci ildən "Napoli"də çıxış edib, 2023-cü ildə komandanın tərkibində İtaliya çempionu olub. Bu mövsüm gürcü futbolçu klubda 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
"Xviça Kvaratsxeliya" teqi üzrə xəbərlər
- "Napoli" Kvaratsxeliyanın satışından əldə olunan gəlirlə səkkiz futbolçu alacaq
- "Lion" Kvaratsxeliyanın PSJ-yə keçidi zamanı qanunsuzluğa yol verildiyini İDDİA EDİR
- Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb
- Xviça Kvaratsxeliya PSJ-dəki qol hesabını açıb
- Gürcüstanlı futbolçu rəsmən PSJ-də