Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hərbçini qətlə yetirən şəxsə hökm oxundu
Ağstafa rayonunda Azərbaycan ordusunun hərbçisi, müddətdən artıq hərbi qulluqçu Orxan Əlizadəni qətlə yetirən 35 yaşlı Baloğlan Bukvadzeyə hökm oxunub.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Bukvadzeyə 11 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafanın Saloğlu qəsəbəsində küçədə B.Bukvadze ilə rayonun Düzqışlaq kənd sakini Şamxal Həmidovun avtomobilləri üz-üzə gəlib. Yolun ensiz olması səbəbindən onlardan biri digərinə güzəştə getməli olsa da, tərəflər arasında mübahisə başlayıb.
Bu zaman B.Bukvadze ilə digər avtomobildəki sərnişin Orxan Əlizadə arasında münaqişə yaranıb. Münaqişə zəminində sürücü hərbi qulluqçu olan Orxana zərbə endirib.
Yerə yıxılan Orxanın başı qaz borusuna dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbçi orada vəfat edib.
"Qəsdən adam öldürmə" teqi üzrə xəbərlər
- Naxçıvanda həyat yoldaşını asaraq öldürməkdə şübhəli bilinən kişi həbs olundu
- "TikTok"dakı mübahisəyə görə qətl törədən 19 yaşlı gəncə HÖKM OXUNDU
- Tanınmış idmançını öldürən Orxan Hacıyevin qətlinin İLGİNC TƏFƏRRÜATI
- Bakıda məktəbin mühafizəçisini qətlə yetirən şəxsə ağır cəza verildi
- Gəncədə 30 manata görə qətl törədən şəxsə 17 il həbs cəzası