Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Hesablama Palatasından Qarabağ iqtisadi rayonunda keçirilən nəzarət tədbirləri barədə AÇIQLAMA
“2023-cü ildə biz keçmiş Qarabağ iqtisadi rayonunda nəzarət tədbiri həyata keçirmişik”.
Oxu.Az xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
Palata sədri deyib ki, keçmiş Qarabağ iqtisadi rayonunda keçirilmiş yoxlamada verdikləri təkliflərə bu il də nəzarət olunacaq:
“Ötən il keçmiş Qarabağ iqtisadi rayonunda yoxlamalar aparmışıq. Qarabağ iqtisadi rayonunda büdcədən 2023-cü ildə və 2024-cü ildə azad edilmiş ərazilərimizə sərf edilən vəsaitlərin istifadə vəziyyətinin audit olunması nəzərdə tutulur. Azad edilmiş ərazilərdə yoxlamalar aparmaq üçün həmin işlərin icrası tamamlanmalıdır. İcrası bitməmiş layihələrdə nəzarət tədbirləri çox da effekt vermir. 2024-cü ildə də Qarabağ iqtisadi rayonunda nəzarət tədbirləri davam etdiriləcək”.
Könül Cəfərli