Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
:1200.jpg)
Xarkov və Zaporojye boz zonaya çevrilir - VİDEO
Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Xarkov, Donetsk, Zaporojye, Xerson və Dnepropetrovsk vilayətində vəziyyət getdikcə gərginləşir:
“Ötən gecə sözügedən ərazilərdə yerləşən 130-a qədər şəhər və kəndə zərbələr endirilib. Ölənlər və yaralananlar var”.
Jurnalist qeyd edib ki, son 1 aydır, Xarkov vilayətinə dayanmadan hücumlar edilir:
“Xarkovun Rusiya ilə sərhədindən 526 min insan köçürülüb. Vəziyyət belə davam edərsə, ərazinin boz zonaya çevriləcəyi gözlənilir. Eyni vəziyyət Zaporojye vilayətində də davam edir”.
