Bakının Pirallahı rayonunda Heydər Əliyev Fondu 140 və 100 yerlik körpələr evi-uşaq bağçası tikir.
Oxu.Az xəbər verir ki, məqsəd 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəməkdir.
Pirallahı qəsəbəsinin S.Vurğun küçəsində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün ümumi sahəsi 3 min kvadratmetr təşkil edən yeni inzibati binanın inşasına da başlanılıb.
Qeyd edək ki, Rayon polis şöbəsinin inzibati binasının tikintisi isə başa çatdırılıb, ərazidə son tamamlama işləri görülür.