Bu gün səhər saatlarında Heydər Əliyev prospektində güclü yanğın baş verib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın SOCAR-ın yeni binasının arxasındakı zibillikdə baş verib.
Yanğının böyüdüyünü nəzərə alaraq hadisə yerinə Post Patrul Xidməti cəlb olunub.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb.