Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Heydər Məmmədov: "Prokurorluq orqanlarında işləmək istəyən 300-dən artıq namizəd qüvvəsini sınayır"
"İndiyədək işə qəbulla bağlı keçirilmiş 25 müsabiqədə uğur qazanmış 1 203 hüquqşünas prokurorluq işçilərinin 89.1% faizini təşkil edir".
Oxu.Az xəbər verir ki, bunu baş prokurorun müavini Heydər Məmmədov jurnalistlərə açıqlamasında deyib.
H.Məmmədov bildirib ki, hazırda müsahibənin - I mərhələsi, yəni test mərhələsi keçirilir.
"Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə həyata keçirilən bu test mərhələsində, prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan 300-dən artıq namizəd iştirak edir.
"Azərbaycan Respublikasının prokurorluq orqanlarında işə qəbulla bağlı imtahanlar ilk dəfə ulu öndər Heydər Əliyevin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnamənin tələblərinə əsasən keçirilib. 2002-ci ildən etibarən artıq 25 müsabiqə təşkil edilib. Bu müsabiqələrdə uğur qazanan 1 203 gənc hüquqşünas prokurorluq orqanlarında işə qəbul olunub. Hazırda onlar prokurorluq əməkdaşlarının 89.1 faizini təşkil edir", - deyə o əlavə edib.
"Sevindirici haldır ki, hazırda müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin bir çoxu yuxarı təsnifat vəzifələrə irəli çəkilib, o cümlədən 169 nəfər hazırda müstəqil rayon və şəhər prokuroru kimi və müstəqil struktur qurumların rəhbəri kimi fəaliyyət göstərir və onlardan bir neçəsi xüsusi ali rütbə alıb", - deyə H.Məmmədov əlavə edib.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Dövlət xidmətinin üç vəzifəli şəxsi işdən çıxarıldı
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Heydər Məmmədov: "Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir"
Rəylər