Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
"Corriere della Sera" qəzeti Kiyevin atəşkəsə hazır olduğunu yazdı
"Kiyev ABŞ-dən təhlükəsizlik zəmanəti və Aİ-yə daxil olmaq müqabilində, ərazilərin itirilməsini tanımadan, Ukraynanın hazırkı cəbhə xətti boyunca atəşkəsə hazırdır".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Corriere della Sera" qəzeti yazıb.
Qəzetin bildirdiyinə görə, Paris, Roma və Berlin də daxil olmaqla, Avropa turnesi zamanı Ukrayna lideri Volodimir Zelenski Aİ-yə tez bir zamanda qəbul olunmaq üçün zəmanətlər əldə etməyə çalışır.
"Zelenskinin aktivliyi onun inamını əks etdirir ki, münaqişədən çıxış yolları axtarmağın vaxtıdır və bu yollar Ukraynanı dizüstə qoymamalıdır", - deyə nəşr sentyabrda Ukraynanın münaqişənin başlanğıcından bəri ən böyük ölçüdə ərazilərini itirdiyini xatırladaraq yazıb.
Eyni zamanda qeyd edilib ki, Ukraynanın böyük qüvvələri Rusiya ərazisində (Kursk yaxınlığında) tələyə düşüblər və Rusiya qüvvələrinin Ukraynadan əhəmiyyətli dərəcədə üstünlük təşkil etdiyi Donbasa kömək üçün gələ bilmirlər.
"Zelenski avropalıları öz siyasi planına inandırmalıdır. O, ərazilərdən rəsmi şəkildə imtina edə bilməz, bu, hər hansı bir ukraynalı siyasətçi üçün həddi keçir. Lakin o, Qərbin zəmanəti müqabilində, yeni sərhədləri tanımadan atəşkəsə hazırdır", - deyə yazıda bildirilib.
Qəzet əlavə edir ki, ABŞ tərəfindən təhlükəsizlik zəmanətləri Yaponiya, Cənubi Koreya və Filippin modelinə əsaslanır.
Rəylər