"Heyvandarlıq sahəsində tətbiq olunacaq subsidiya mexanizmlərinin böyük əksəriyyəti yenidir".
Oxu.Az xəbər verir ki, bunu Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

O vurğulayıb ki, bu çərçivədə kəsimxanalarda kəsilən heyvanlara, emala cəlb olunan südə görə məhsul subsidiyaları, müddətli vergi və gömrük güzəştləri nəzərdə tutulur:
"Paralel olaraq emal sənayesinə investisiya cəlb edilməsi məqsədilə təşviq mexanizmləri də tətbiq olunacaq".