Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Hikmət Hacıyev xarici ölkələrdəki vətəndaşlarımızın təxliyyəsi prosedurundan danışdı - VİDEO
“Hazırda Xarici İşlər Nazirliyində operativ qərargah fəaliyyət göstərir. Nazirlik tərəfindən səfirliklərin müraciətləri toplanılır”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, məlumatlar vahid bazada yığılır:
“Bundan sonra Prezident Administrasiyasına, Nazirlər Kabineti yanında operativ qərargaha bu barədə məlumat verilir. Ölkələr üzrə məlumatlar fərqlidir. Bəzi vətəndaşlarımız konsulluq qeydiyyatında olmayıb. İndi onların yenidən konsulluq qeydiyyatına alınması prosesi aparılır.
Hər bir fərdi məsələlərə ölkələr, vətəndaşların yığılma sayına uyğun olaraq, qlobal fövqəladə vəziyyət nəzərə alınaraq, prioritetlik dərəcəsi üzrə baxılır. Çünki azyaşlılar, qadınlar, xəstələr, tibbi yardıma ehtiyacı olanlar və digər bu kateqoriyadan olan insanlar var ki, birinci növbədə onların prioritetləşdirilməsi, ölkələr üzrə vətəndaşların təxliyyəsi nəzərdə tutulub”.
“Rəqəmlərin toplanması davam edir. Ölkələr üzrə prioritetləşdirilmə və potensial uçuş icazələri üzrə nəzərdə tutula biləcək və həmin ölkələr tərəfindən irəli sürüləcək tələblər də nəzərə alınacaq. Bununla bağlı məsələlər konkret cədvəl və qrafik struktura salınır”, - deyə H.Hacıyev qeyd edib.
İlhamə Əbülfət
"Hikmət Hacıyev" teqi üzrə xəbərlər
- Hikmət Hacıyev "Politico"nun qərəzli məqaləsini dezinformasiyanın çirkin nümunəsi adlandırıb
- Hikmət Hacıyev amerikalı parlamentariləri ermənipərəst mövqelərinə görə sərt tənqid etdi
- Qərbin ikiüzlülük nümunəsi: COP29-a kölgə salmaq üçün səmərəsiz cəhdlər
- Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı görüntülər paylaşıb
- Hikmət Hacıyev Fransanın və Ermənistanın COP29-da iştirak etməməsi məsələsindən danışıb