Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycanın diplomatik nümayəndəlikləri koronavirus yayılan ölkələrdən qaytarıla bilərmi? - RƏSMİ
“Diplomatik nümayəndəliklərin rəhbərləri, səfirlər, Baş konsullar, Səfirlik və Baş konsulluqların işçiləri, onların ailə üzvləri koronavirus pandemiyasının yayıldığı ölkələrdə fəaliyyətlərini davam etdirirlər”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası Çində başlayandan bu ölkədəki səfirliyimiz indiyə kimi tam tərkibdə fəaliyyət göstərir:
“Cənubi Koreyada, İran İslam Respublikasında, İtaliyada, o cümlədən, koronavirusun yayıldığı digər ölkələrdə səfirliklərimiz fəaliyyətlərini davam etdirirlər”.
“Dövlət başçısı tərəfindən tapşırıq da verilib ki, diplomatik nümayəndəliklərimiz orada qalmalı, fəaliyyətlərini davam etdirməlidir. Onlar zəruri hallarda Azərbaycan vətəndaşlarına xidmət etməli, onlara kömək göstərməlidirlər”, - deyə H.Hacıyev əlavə edib.
İlhamə Əbülfət
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Koreyalı nazir: "İqlim dəyişikliyinin fəsadlarından ən çox gənclər zərər görəcəklər"
- Kim Çen In orduya tam döyüş hazırlığında olmağı tapşırıb
- ABŞ-də seçki ərəfəsində KXDR hərbi gücünü göstərir: Bir həftədə ikinci dəfə raket sınaqları keçirdi
- Şimali Koreya ABŞ-də seçki günü nüvə raketini sınaqdan keçirə bilər
- Cənubi Koreya kəşfiyyatı: "Kim Çen Ina sui-qəsd təşkil edilə bilər"