Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində "Hövsan" Ticarət Mərkəzinin arxasındakı açıq ərazidə baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verib.
Hövsan qəsəbəsində yanğın hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə "Hövsan" Ticarət Mərkəzinin arxasındakı açıq ərazidə baş verib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları ərazidə yanğını söndürməklə məşğuldurlar.
Əzizə İsmayılova