İlkin proqnoza əsasən iyunun 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Oxu.Az-a deyib.
Onun sözlərinə görə, şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 17-20 dərəcə, gündüz 28-32 dərəcə isti olacaq.
Qeyd edək ki, iyunun 12-si Bakı 2015 I Avropa Oyunlarının Açılış Mərasimi keçiriləcək.
Elvin Əhmədov
www.oxu.az