Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Təhsil Nazirliyi təklifinə əsasən, 2015/2016-cı tədris ilində I ixtisas qrupunun bəzi ixtisaslarının müsabiqə balları barədə qərar qəbul edib.
TQDK-dan Oxu.Az-a verilən məlumata əsasən, aşağıdakı ixtisaslar üzrə müsabiqəyə ümumi balı müvafiq baldan aşağı olmayan abituriyentlərin buraxılması barədə qərar qəbul edib:
Geologiya - 300 bal;
Kompyuter elmləri - 300 bal;
Elektronika, telekommunikasıya və radiotexnika mühəndisliyi - 250 bal;
İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi - 250 bal;
İnşaat mühəndisliyi - 250 bal;
Nəqliyyat tikintisi mühəndisliyi - 250 bal.