Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İbrahim Kərbalıyevin oğlu özünü 17-ci mərtəbədən atdı
Dünən axşam saatlarında Xətai rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə ötən gün saat 20 radələrində qeydə alınıb. Bakı şəhər sakini 2000-ci il təvəllüdlü Murad İbrahim oğlu Kərbalıyev özünü M.Hadi küçəsi 68 ünvanındakı binanın 17-ci mərtəbəsinin eyvanından atıb. O, hadisə yerində ölüb.
Əldə etdiyimiz məlumata görə, vəfat edən gənc "Azəriqaz" İB-nin keçmiş mətbuat katibi, hazırda qurumun Şikayətlərin araşdırılması şöbəsinin rəisi vəzifəsində çalışan İbrahim Kərbalıyevin oğludur.
Yüksək balla Azərbaycan Neft və Sənaye Universitetinin bakalavr və magistr pillələrini bitirən Murad da həmin qurumda çalışırmış.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
"İntihar hadisəsi" teqi üzrə xəbərlər
- Şəmkirdə DƏHŞƏT: 29 yaşlı oğlan dayısının evində özünü asdı
- Xırdalanda QEYRİ-ADİ İNTİHAR: Yük maşınında özünü asdı
- Özünü güllələyərək öldürən nazirlik əməkdaşının FOTOSU
- Zaqatalada DƏHŞƏT: gənc oğlan özünü fındıq ağacından ASDI
- Şəhidin ailə üzvü olan şagirdin meyiti asılı halda tapıldı - RƏSMİ AÇIQLAMA