Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"İçərişəhər"də Aparat rəhbərinə yeni müavin təyin olundu
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Aparat rəhbərinə yeni müavin təyin olunub.
İdarənin Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumatda bildirilir ki, bu vəzifədə Ramin İsrəfilovu Emin Rafullayev əvəzləyib.
Qeyd edək ki, E.Rafullayev bu təyinatadək "SOCAR RUS" Administrativ şöbənin müdiri vəzifəsində çalışıb. Bundan öncə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Təminat, təchizat və təsərrüfat departamentinin şöbə müdiri, eləcə də Mərdəkan Reabilitasiya Pansionatında direktor müavini olub, həmçinin müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb.
Əzizə İsmayılova
"İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi" teqi üzrə xəbərlər
- Hesablama Palatası: "İçərişəhər"də büdcə vəsaitləri qanunsuz xərclənib"
- "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanuna dəyişiklik təklif edilib
- İçərişəhərdə yerləşən bəzi mənzillər təmir olunacaq
- COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edib
- Bu xəbərləri qaçırmayın: 25.10.2024-ün ən mühüm hadisələri