"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bəzi məsələləri haqqında" Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 136 nömrəli Qərarında dəyişiklik edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, "3-cü Böyük Qala döngəsi, 5" "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin balansında olan abidələrin, qeyri-yaşayış binalarının, tikililərin və binaların qeyri-yaşayış sahələrinin Siyahısı"ndan çıxarılıb.
Qaynar xətt:
(055) 224 12 12