Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İçərişəhərdə yerləşən bəzi mənzillər təmir olunacaq
İçərişəhər ərazisində bir sıra mənzillərin təmiri işləri həyata keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalından məlumat verilib.
Belə ki, İçərişəhər ərazisinin Dövlət Mənzil Fonduna məxsus mənzillərin və dam örtüyünün təmir işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mənzil-Kommunal və Təmir Xidməti hazırlıqlara başlayıb.
Qurum sözügedən işlərin icrasının 105 886 AZN-ə başa gələcəyini proqnozlaşdırıb.
"İçərişəhər Dövlət Tarix-Memarlığı Qoruğu" teqi üzrə xəbərlər
- "Bahar Sədası" Novruz şənliyi - Qala Qoruğunda bahar coşğusu
- COP29 zamanı İçərişəhər və Qala muzeyləri 12000-dən artıq ziyarətçi qəbul edib
- COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edib
- İçərişəhərdə COP29 zamanı ziyarətçilərə uzadılmış iş saatlarında xidmət göstəriləcək
- MakTAB beynəlxalq müsabiqənin qalibi olub
Ən çox oxunanlar