Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Nazirlər Kabinetinin səlahiyyətləri artırıldı
Azərbaycana humanitar yardım kimi gətirilən mallar, mövcud qaydada qeydiyyatdan keçmiş humanitar təşkilatlarla yanaşı hüquqi və fiziki şəxslər tərəfindən idxal edilən zaman yalnız Nazirlər Kabinetinin razılığı ilə vergidən azad edilə bilər.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bu, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunun tətbiqi və "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanununun icrasına dair Prezident İlham Əliyevin fərmanına edilən dəyişikliklərdə öz əksini tapıb.
Əvvəllər belə malların siyahısı Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının razılığı ilə müəyyən olunurdu.
Qeyd edək ki, Azərbaycana humanitar yardım kimi gətirilən mallar əlavə dəyər vergisindən (18%) azaddır.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Azərbaycanın sərhədyanı ərazilərində telekommunikasiya qurğularının tikintisi qaydası dəyişib
- Nazirlər Kabineti hava hərəkəti xidmətləri ilə bağlı qərar qəbul edib
- "ƏDV ilə bağlı yeni qaydalar iş adamlarının fəaliyyətini daha da asanlaşdıracaq" - DEPUTAT
- Nazirlər Kabineti ƏDV ilə bağlı qərarını dəyişib
- Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib