Dekabrın 4-dən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündəki xilasetmə işləri davam etdirilir.
Oxu.Az Fövqəladə Hallar Nazirliyi tərəfindən “Günəşli” yatağında yanğının söndürülməsi və itkin düşmüş neftçilərin axtarılması əməliyyatını əks etdirən video görüntünü təqdim edir.
Videodan da göründüyü kimi, içi işçi dolu qayıq platformanın altında asılı vəziyyətdə qalıb. Digər bir qayıq isə dənizdə içi boş halda üzür.