Martın 12-nə keçən gecə saat 23 radələrində Yevlax rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı yeni məlumatlar üzə çıxıb.
Oxu.Az xəbər verir ki, Lent.az Yevlax rayon Polis Şöbəsinə istinadən xəbər verir ki, qəzada vəfat edən 27 yaşlı oğlan Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun bacısı oğlu imiş.
Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində baş vermiş qəzada yaralanan 4 nəfər isə artıq evə buraxılıb.
Bildirilir ki, 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəzağa oğlunun idarə etdiyi avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.
Sürücü hadisə yerində vəfat edib, onun yaxın qohumu olan 4 nəfərə isə xəstəxanada tibbi yardım göstərildikdən sonra buraxılıb.
Faktla bağlı Yevlax RPŞ-də araşdırmalar aparılır, ekspertizalar təyin edilib.
12:59
Daxili İşlər Nazirliyi Yevlax rayonunda baş vermiş qəza ilə bağlı məlumat yaydı.
DİN-dən Oxu.Az-a verilən məlumata görə, qəza martın 11-də saat 22 radələrində Yevlax rayonunun Aran qəsəbəsində baş verib.
Belə ki, Yevlax rayonunun Aran qəsəbəsində rayon sakini Orxan Mirzəyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb.
O, hadisə yerində ölüb. Avtomobildə olan 4 sərnişini isə xəstəxanaya yerləşdirilib.
11:54
Yevlax rayonunda ağır yol qəzası baş verib.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, hadisə gecə saat 23 radələrində Yevlax-Aran-Mingəçevir yolunun 2-ci kilometrliyində baş verib.
Belə ki, “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq aşıb.
Nəticədə avtomobildə olan şəxslərdən 1989-cu il təvəllüdlü Mirzəyev Orxan Əvəz oğlu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Daha 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qəzada yaralananlardan ikisi 8-10 yaşlı uşaqlardır.
Bildirilir ki, ailə üzvləri nişan mərasimindən Mingəçevirə qayıdarkən baş verib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az