Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcra başçısının sabiq birinci müavininə yeni vəzifə verildi
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavininə yeni vəzifə verilib.
Oxu.Az "Qaynarinfo"ya istinadən bildirir ki, Leysan Novruz oğlu Məmmədov "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin icraçı direktoru təyin olunub.
Qeyd edək ki, Övsət Gülhəsən oğlu Həmidov bir müddət əvvəl Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru vəzifəsindən azad edilib.
Leysan Məmmədov 14 fevral 2022-ci ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin olunsa da, bir müddət sonra vəzifəsindən azad edilib. O, 2006-21-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin müdiriyyətində direktor müavini, direktoru, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb. Oğlu Elnur Məmmədovun "Sea Breeze"də restoranda dava salması ilə gündəmə gəlmişdi.
"Gənclər və İdman Nazirliyi" teqi üzrə xəbərlər
- Makron hökumətinin keyfiyyətsiz medallarda əksini tapan "siması"
- Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- "Qəbələ - İdman Paytaxtı 2025"in açılış mərasimi olub
- Tural Piriyev: "Mingəçevir"lə ASTA arasındakı müqavilə Azərbaycan futboluna böyük xeyir verəcək"
- Leyla Əliyeva ilin idman yekunları ilə bağlı tədbirdən paylaşım edib
Rəylər