Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Aİ-nin Ermənistan-Azərbaycan şərti sərhədində avantürst addımları davam edir
Ermənistanda müşahidə missiyasını 2027-ci ilə qədər uzadan Avropa İttifaqının (Aİ) Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, Ermənistan-Azərbaycan şərti sərhədinin yaxınlığında yerləşdirilən Aİ-nin müşahidə missiyasının üzvləri binoklla Azərbaycan ərazilərini müşahidə edirlər. Kadrlardan da görünür ki, əraziyə yaxınlaşan missiya üzvləri müzakirələr aparırlar.
Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir.
Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib.
"Azərbaycan-Ermənistan şərti sərhədi" teqi üzrə xəbərlər
- Avropa İttifaqının "müşahidəçilər"i sərhəddə yenidən fəallaşıblar
- Ermənistan təxribatların miqyasını artırır: Hərbi-siyasi sabotajlar nədən xəbər verir?
- Ermənistan KİV: "Azərbaycanla sərhədin növbəti delimitasiyası Tavuş istiqamətindən başlayıb"
- Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini AÇIQLADI
- Azərbaycan-Ermənistan münasibətləri 2024-cü ildə: İkitərəfli uğurlar, Qərbin müdaxilə cəhdləri