Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

İctimai nəqliyyatda sürətli və rahat ödənişlər üçün YENİLİK olacaq
İctimai nəqliyyatda onlayn ödənişlərdə yaranan problemlər özü ilə bəzi məsələləri gündəmə gətirir.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, vətəndaşların sözlərinə görə, ictimai nəqliyyatda təmassız ödənişi dəstəkləyən NFC kartlar üçün də şərait yaradılmalıdır ki, belə problemlər olmasın.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, hazırda qurum tərəfindən paytaxtda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.
Nəqliyyat xidmətləri istehlakçıları tərəfindən bütün ödəniş vasitələrindən istifadə etməklə nağdsız ödənişlərin, o cümlədən NFC vasitəsilə ödənişlərin həyata keçirilməsi imkanının yaradılması da nəzərdə tutulur.
Ətraflı süjetdə:

"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Sumqayıt sakinləri 12A və 30 nömrəli marşrut avtobuslarından ŞİKAYƏTÇİDİRLƏR
- Vətəndaşlar 594 nömrəli marşrut üzrə avtobus tapmaqda çətinlik çəkirlər - AYNA tapşırıq verib
- Vətəndaşlardan şikayət: "508 nömrəli marşrutun sürücüləri özbaşınalıq edirlər"
- Bakıda iki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti DƏYİŞDİRİLDİ
- Badamdar sakinlərinin ictimai nəqliyyat problemi: Köhnə avtobuslar və yorucu intervallar