Bakıda idman avtomobili ilə “avtoşluq” edən şəxs saxlanılıb.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsində Bakı şəhər sakini Sənani Abdulrəhmanov idarə etdiyi “Hyundai-Veloster” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyi üçün orada xidmətdə olan polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar zamanı həmin avtomobilin Göyçay rayon sakini Aqil Yusifova məxsus olması və sentyabrın 26-na keçən gecə onun kirayədə yaşadığı Bakıxanov qəsəbəsi, yeni yaşayış sahəsindəki evinin qarşısından S.Abdulrəhmanov tərəfindən qaçırıldığı müəyyən edilib.
Araşdırmalar davam etdirilir.