Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İki gündür bağlı olan yolda hansı işlər görülür?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra edir.
Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Təmir işləri sözügedən küçənin Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinə qədər olan hissəsi üzrə aparılır.
Yerinə yetirilən işlər çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşıb. Hazırda ərazidə asfaltlanma işləri icra olunur.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri də aparılacaq.
Qeyd edək ki, paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar 4 iyul saat 07:00-dan 5 iyul saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulub.

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Qubada asma körpü qəzalı vəziyyətdə: Xəstəni uzun məsafəyə xərəkdə daşıdılar
- Bakıda yeni avtomobil yolunun inşası ilə bağlı son vəziyyət açıqlanıb
- Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlanıb
- Süleyman Vəzirov küçəsinin bir hissəsi bağlanır
- Qubada qaya uçqununa görə bağlanan yolda hərəkət bərpa olunub