Şüvəlan qəsəbəsindəki çimərlik ərazisində silahlar aşkar olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Xəzər rayonu, Şüvəlan qəsəbəsində çimərlik ərazidə Fərid Babaəli oğlu Nəsirova məxsus 24 ədəd tüstü bombası, 11 ədəd 5.45 mm və 22 ədəd 7.62 mm avtomat gülləsi, 1 ədəd süngü bıçaq, 1 ədəd fişəng tapançası aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər