37 yaşlı Aqil Bədəlovun yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun həyat yoldaşı Aytən Bədəlova məlumat verib.
O bildirib ki, həyat yoldaşı artıq altı ildir, Parkinson xəstəliyindən əziyyət çəkir.
"Aqilin 31 yaşı olanda bədənində olan keyimələrə görə həkimə getdik, uzun müayinələr nəticəsində onun Parkinson xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən əlimizdən gələn bütün müalicələrini edirik, amma heç bir müsbət cavab ala bilmirik. Biz Rusiyaya və Türkiyəyə də yollandıq. Orada da onun diaqnozu təsdiq olundu. Hazırda Aqil "beyin pili" əməliyyatı olmalıdır. Onun sağalmağının tək yolu budur. Bunun üçün isə 38 000 manat tələb olunur".
Aytən Bədəlova yoldaşının əməliyyatı üçün yardımsevər şəxslərdən imdad diləyib.
"Bizim iki övladımız var, Aqil səhhətinə görə artıq illərdir ki, işləmir. Mən evdar qadınam, inanın, təkcə qayınanamın pensiyası ilə dolanırıq. Özümüz Masallı rayonunda yaşayırıq. Əməliyyat üçün lazım olan məbləğin cəmi 8 000 manatını qohum-qonşunun, kənd camaatının dəstəyi ilə toplamışıq. Vəziyyətimiz çox ağırdır. Yardımsevər şəxslərdən bizə dəstək olmağı xahiş edirəm".
Ailə ilə əlaqə: (055) 691-11-46.
"Kapital Bank": 4169 7388 2234 3905.
Rəylər