Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İli köhnə avtomobillər taksi xidmətinə qoşulur?
İli köhnə avtomobillərin taksi xidmətinə qoşulması qanunla qadağan olsa da, sosial şəbəkələrdə bu avtomobillərin taksiyə qoşulması xidməti təklif edilir.
Oxu.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, müxtəlif səhifələrdə bu xidmət müəyyən məbləğ qarşılığında həyata keçirilir. Özü də məşhur taksi şirkətlərindən birinin adı ilə. Bu azmış kimi, son günlər sosial şəbəkələrdə köhnə avtomobillərin taksi xidmətində çalışmasına qoyulan qadağanın aradan götürüləcəyi barədə iddialar yayılıb.
Məsələ ilə əlaqədar taksi şirkətindən bildirilib ki, bu mövzu ilə əlaqədar yayılan məlumatların onlarla heç bir əlaqəsi yoxdur və saxta məlumatlardır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) isə "Xəzər Xəbər"ə bildirilib ki, əvvəlki tələblər qüvvədə qalır.
O da qeyd edilib ki, əgər hansısa icazəsi olmayan taksi sürücüsü şirkətlər tərəfindən işə cəlb olunarsa, yəni ona sifariş ötürülərsə, barələrində qanunvericiliyə uyğun tədbirlər görülür.
Qeyd edək ki, yazılan şərhlərdən də aydın olur ki, sosial şəbəkələrdə paylaşılan belə elanlara müraciət edənlər az deyil.
Ətraflı süjetdə:
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)" teqi üzrə xəbərlər
- Yeni Suraxanı sakinlərinin ictimai nəqliyyat PROBLEMİ
- Bakıda darvazanı dayanacaq "təyin" etdilər, qaz borusuna nişan vurdular
- "Ukrayna dairəsi''ndə SIXLIĞIN aradan qaldırılması üçün nə təklif olunur?
- Nazir müavini: "Cari ildə ölkəyə 200 ədəd elektrik mühərrikli avtobus gətiriləcək"
- Rəhman Hümmətov: "İki marşrut Sumqayıta 12 minə yaxın sərnişinin daşınmasını həyata keçirir"
Rəylər