Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 900 metr aralıda nəzarətsiz ərazidə) 1 nəfərin sərxoş halda çimərkən batması barədə məlumat daxil olub.
Oxu.Az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, dərhal Nazirliyin dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.
1993-cü il təvəllüdlü Amanov Vüsal Adil oğlunun cəsədi batdığı yerdən 300 metr aralıda xilasedicilər tərəfindən tapılıb çıxarılaraq hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.