Gənc müğənni Könül Şıxəliyeva əsəbiləşib.
Oxu.Az xəbər verir ki, ifaçı bu dəfə sosial şəbəkələrdə idman zalında çəkdirdiyi fotolarına görə tənqid atəşinə tutulub:
“Şou-biznesə gələn gündən nə etsəm olay olur. İdman edərkən şəkil çəkib paylaşıram, onu da qınaq obyektinə çevirirlər. Nə istəyirlər məndən bilmirəm. İdman edərkən foto paylaşmaq pis şeydir bəyəm? Bunu çox insanlar edir. Mən özümə baxan insanam, məni qınayanlara demək istəyirəm ki, əcəb edirəm”.
Bu açıqlamadan sonra ifaçı hər gün idman edib bir az da arıqlamağı düşündüyünü deyir:
“Mən öz görünüşümdən çox razıyam. Amma səhnədə daha da ideal görünmək üçün formada qalmaq lazımdır”.