Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İlk üç ayda dəm qazından zəhərlənənlərin sayı açıqlandı
"2025-ci ilin ilk üç ayı ərzində dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 33 nəfər qəbul edilib".
Oxu.Az xəbər verir ki, bu barədə "Trend"in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib.
"Həkimlərin səylərinə baxmayaraq onlardan 1 nəfərin həyatını xilas etmək mümkün olmayıb", - deyə o əlavə edib.
Qeyd edək ki, 2024-cü il ərzində isə dəm qazından zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 83 nəfər qəbul edilib.
"Kliniki Tibbi Mərkəz" teqi üzrə xəbərlər
- Bakıda dəhşətli qəzada xəsarət alanlardan ikisi evə buraxıldı
- Qətldə təqsirləndirilən şəxsin məhkəməsi: Məhkum yoldaşının kömək qarşılığında təhqirinə dözmədi
- Hesablama Palatası: "Kliniki Tibbi Mərkəzin xərclərində əsaslandırılmamış məbləğlər olub"
- Kliniki Tibbi Mərkəzdə bir sıra əməliyyatların icrası DAYANDIRILIB
- KTM ötən ay zəhərlənmədən ölənlərin sayını AÇIQLADI
Ən çox oxunanlar