İmişlidə sakinlərə təbii qazın verilişi dayandırılıb.
Oxu.Az xəbər verir ki, buna səbəb rayonun Bəhramtəpə qəsəbəsi ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi olub.
Belə ki, hadisə zamanı avtomobil qaz tənzimləyici şkafa çırpılıb. Nəticədə qaz tənzimləyicisi yararsız hala düşüb.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərin sözlərinə görə, hadisə nəticəsində ərazidə 1000-dən çox abonentin qaz təchizatının müvəqqəti dayandırılmasına zərurət yaranıb:
“Hazırda sözügedən ərazidə yaranan problemin aradan qaldırılması istiqamətində tədbirlər görülür”.