İmişli şəhərinin Həzi Aslanov küçəsindəki məişət tullantıları ilə bağlı problem həll olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, İmişli rayonunda qeyd edilən ünvanda polis və aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə tədbir keçirilib, həmin ərazidə olan antisanitar vəziyyət artıq aradan qaldırılıb.
Cavabdeh şəxs barəsində inzibati protokol tərtib edilərək cərimələnib.


16:32
İmişlidə məişət tullantıları ilə bağlı problem yaşanır.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Söhbət İmişli şəhərinin Həzi Aslanov küçəsindən gedir. Belə ki, ərazidə zibil konteynerləri qoyulsa da, asfalt qazılaraq əlavə tullantı yeri düzəldilib. Görüntüdən də bəlli olur ki, konteynerlər boş, asfaltda qazılan çuxur isə zibillə doludur.
Sözügedən küçədə yaşayan sakinlər daha öncə də məişət tullantılarının ətrafda acınacaqlı görüntü yaratmasına qarşı mübarizə aparıblar. Hər dəfə vətəndaşların müraciəti ilə zibilxana təmizlənib.
Məsələ ilə bağlı İmişli Rayon İcra Hakimiyyətinə sorğu ünvanlanıb.
