İmişlidə xəsarətlə nəticələnən yol qəzası olub.
“Report”un məlumatına görə, iki avtomobilin toqquşması zamanı sərnişin, 1985-ci il təvəllüdlü Mövsumov Kənan Yusif oğlu muxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.
Müayinə zamanı ona körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.