İmişli rayonunda toyda zəhərlənmə şübhəsi olan şəxslərin sayı artıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 24 sentyabr saat 14 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 69 nəfər (8-i uşaq olmaqla 32-si kişi, 4-ü uşaq olmaqla 37-si qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 37 nəfər (18-i qadın, 19-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 28 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Qeyd edək ki, hadisə sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən toy məclisində baş verib.
Məhərrəm Əliyev